Layihə haqqında

Texnomart.az

Ultratek MMC adı ilə yarandığımız 1994-cü ildən fəaliyyətimizi Azərbaycan iqtisadiyyatının inkişafına yönəldərək məişət texnikası və elektronika bazarında öz layiqli yerimizi tutmuşuq. Hal-hazırda Arçelik və Arnica markalarının eksklüziv distribütoru olaraq pərakəndə, topdan və korporativ sahədə fəaliyyət göstəririk. Pərakəndə sektorda 2018-ci ilin sonunadək Ultratek MMC-yə məxsus mağazalar Arçelik adı altında tanınaraq inkişaf edib.

2019-cu ildən etibarən mağazalarımızın adını “Texnomart”a dəyişməklə Arçelik və Arnica markaları ilə yanaşı: Samsung, Bosch, Indesit, Philips, LG, DemirDöküm, Tefal, Zimmer, Braun, HP, Lenovo, Xiaomi, Nokia, Artel və s. bir çox dünya markalarının məhsullarının satışını həyata keçirməyə başladıq. “Texnomart” olaraq müştərilərimizə geniş çeşiddə mobil telefon, televizor və digər elektronika məhsulları və məişət avadanlıqlarını həm birdəfəlik, həm də hissə-hissə ödəmə şərtləri ilə təklif edirik. Bundan başqa qeyd edək ki, texnomart.az saytından da hissə-hissə ödəmək imkanı ilə kredit alışı, həmçinin, BirKart və Tamkart kimi taksit kartları ilə məhsul sifarişi mümkündür.

“Dərsə qədər hazırlıq”, “Endirim yayımı”, “İstəklərinə qurban”, “Deyirlər ki, toy olacaq”, “İqlim dəyişdirən təklif”, “Soyuducu ab-hava”, “Endirim hərəkatı” kimi böyük marağa səbəb olan kampaniyalarımızla müştərilərimizə daim ən sərfəli imkanları yaratmağa çalışırıq.

Facebook, Instagram, TikTok kimi sosial şəbəkələrdə, Whatsapp və Telegram messencerlərində aktiv fəaliyyətimizlə hər zaman əlçatanıq. Bizimlə əlaqə qurmaq üçün *3344 qısa nömrəsindən də yararlana bilərsiniz.

Bakıda 5, bölgələrdə isə 23 mağazamızla geniş ərazidə sərfəli satış şərtləri ilə hər zaman müştərilərimizin xidmətindəyik. Texnomart hər kəsin həyatını asanlaşdırmaq üçün əlindən gələni edəcəyinə zəmanət verir. Qiymətlər, çeşidlilik, servis, çatdırılma – bizimlə hər bir təmasda xüsusi diqqət və müsbət enerjimiz hamı tərəfindən hiss olunacaq.

Bizim missiyamız istər Bakıda, istərsə də Azərbaycanın bölgələrində yaşayan hər bir müştərinin ehtiyaclarına yönəlmək, onun üçün hər zaman endirimli və sərfəli qiymət simvoluna çevrilmək, hamını “Texnomart”da özəl qayğı gözlədiyini nümayiş etdirməkdir. Buna görə də yeni loqomuzu “Günəş” olaraq seçdik. Yeni sloqanımızı isə “Texnomart – Sənə sarı” olaraq müəyyən etdik. “Texnomart”a yaxınlaşan istənilən müştərimiz istiqamətimizin onun istəklərinə, axtarışlarına, xəyallarına doğru olduğunu hiss edəcəyinə əmin ola bilər. “Texnomart” – həmişə “Sənə sarı”!

Layihələr

Bizə yazın. Probleminizi həll etməyə kömək edəcəyik

Təfərrüatlarınızı doldurun və bizə layihə haqqında bir az məlumat verin ki, görüşə daha yaxşı hazırlaşaq.
Maraqlanıram: