Layihə haqqında

Qaynarinfo.az

Ölkənin ən böyük internet medialarından biri olan Qaynarinfo.Az öz fəaliyyətində etibarlılıq, orijinallıq, obyektivlik və operativlik prinsiplərini əsas götürür.

 

Veb-sayt əvvəlki versiyadan fərqli olaraq daha funksional vəziyyətə gətirilmişdir. Ana səhifədə gözə çarpan manşet, yazarlar, xəbər lenti, video, sorğu daha əlçatandır. Bundan başqa xəbərləri "Önəmli", "Abunəli", "Mənə özəl" kimi sıralamaq da mümkündür.
Qaynarinfo-nun hazırladığı özəl materialların böyük çoxluğunu oxumaq və saytın premium funksiyalarından istifadə etmək üçün qeydiyyat tələb olunur. Qeydiyyat sizin maraqlarınızı nəzərə almaq və yadda saxlaya bilmək, nəticədə tədricən sizə daha çox maraqlarınıza uyğun xəbərlər təqdim etmək üçündür. Qeydiyyatlı xəbərlər oxucuya özəl bir xidmətdir. Qaynarinfo-nun yazılı icazəsi olmadan onların üçüncü tərəfə ötürülməsi, yayılması, tirajlanması qadağandır. Əgər qeydiyyatlı xəbər ödənişsizdirsə, onu üçüncü tərəf yalnız qeydiyyatdan keçməklə oxuya bilər.

Xəbərlərə şərh yazmaq üçün də qeydiyyatdan keçmək mütləqdir.

 

Bir çox insanlar günün bəzi xəbər və hadisələrindən qaçmağa çalışır, bu kimi xəbərlərin onlara mənfi təsir etdiyini düşünür. Siz də yalnız pozitivə köklənməyi xoşlayırsınızsa, saytın sol menyusunda yer alan "Pozitiv" düyməsini aktivləşdirin və neqativ hesab etdiyiniz xəbərlərdən uzaq olun. 

Profilinizdəki "Məktublar" bölməsindən "Qaynarinfo" ilə birbaşa təmas imkanlarına sahib olursunuz. Yaxın gələcəkdə həm də digər istifadəçilərlə də məktublaşmaq, şəxsi müzakirələr açmaq imkanı qazanacaqsınız.

 

Bildirişlər sayəsində Saytın sizə aid olan bütün addımlarından vaxtında xəbərdar olacaqsınız. Başqalarının sizin fikirlərinizə münasibətindən anında xəbər tutacaq və reaksiya verə biləcəksiniz.

Müxtəlif maraq qrupları üçün peşəkarlar tərəfindən hazırlanmış və yalnız qeydiyyatlı istifadəçilər üçün əlçatan olan faydalı məlumatlardan yararlana bilərsiniz. Bu materiallar adi oxucu üçün əlaçatan olmayacaq. Yaxın gələcəkdə isə müxtəlif alətlərin köməyi ilə məhz nə kimi materialları oxumaq istədiyinizi də özünüz sifariş verə biləcəksiniz.

 

"Qaynarinfo"nun bir çox başqa funksiyaları da var. "Açar sözlər" kimi klassik yanaşma bu dəfə tamam fərqli bir anlamda qarşınıza çıxacaq. Saytın bir çox yerində dizaynı özünüz dəyişə bilər, xoşunuza gələn materialları reklama yerləşdirə, başqalarıyla paylaşa bilərsiniz. "Vacib xəbərlər", "Yadda saxla" kimi funksiyalardan istifadə etməklə vaxtınıza qənaət etmək imkanı qazanacaq, əldə etdiyiniz bonusları (1 bonus= 1 AZN) saytın premium imkanlarından bəhrələnmək üçün istifadə edə bilərsiniz. Yuxarıda qeyd etdiyimiz kimi, zaman-zaman daha yeni funksiyarla üzləşəcəksiniz.

 

Abunəlik - hər şeydən öncə "Qaynarinfo"ya dəstək aksiyasıdır. Bu xidmətə qoşulmaqla "Qaynarinfo" saytının daha yüksək standartlarla və daha keyfiyyətli xidmət göstərməsini dəstəkləmiş olursunuz. Əvəzində bəzi istisnalarla, bütün premium materiallara giriş əldə edir, saytı reklamsız modunda izləmiş olur, zaman-zaman bir çox kampaniyalardan yararlana və bonuslar əldə edə bilirsiniz. 

Xüsusi zəhmət, vaxt tələb edən bəzi premium materialları oxumaq ödənişli olacaq. Əksər hallarda bu məbləğ simvolik xarakter daşıyacaq. Bu xəbərləri alıb oxumaq həm də həmin səpkidə fəaliyyətimizi dəktəklədiyiniz anlamına gələcək. Biz də maksimum sizə faydalı olmağa çalışacağıq. Digər tərəfdən, bir çox müəlliflər, analitik və ekspertlərin materialları ödənişli təqdim olunacaq. Bu həm də hansı müəllif və ekspertlərə etimad və tələbin olduğunu müəyyənləşdirmək, habelə onların intellektual əməyini qonorar şəklində qiymətləndirə bilməyimiz üçün bir vasitədir.  Siz aylıq abunə metodlarından birini seçməklə cüzi bir məbləğ ödəyib, ay ərzində bütün ödənişli yazılara giriş əldə edə bilərsiniz. Bu sizi hər bir yazıya görə, ayrıca ödəniş etmək və daha çox xərc çəkmək əziyyətindən azad edəcək.

Layihələr

Bizə yazın. Probleminizi həll etməyə kömək edəcəyik

Təfərrüatlarınızı doldurun və bizə layihə haqqında bir az məlumat verin ki, görüşə daha yaxşı hazırlaşaq.
Maraqlanıram: