Xidmət göstərdiyi bütün sahələrdə uğurlu nəticələr əldə edən Huner Group fərqli yanaşması, yaradıcı həlləri, özünəməxsus tərzi və peşəkar komandası ilə seçilir və müxtəlif layihələr həyata keçirir.
Vizyonumuz - Şirkətin fəaliyyət göstərdiyi sektorlarda, beynəlxalq keyfiyyət standartlarını qorumaq, etibarlı və nüfuzlu marka dəyərimizi ölkəmizdə və dünya arenasında daim artıraraq, davamlılığını təmin etməkdir.
Missiyamız - Xidmət göstərdiyimiz sahələrdə zəngin təcrübələrimizlə iqtisadiyyatın və cəmiyyətin inkişafı üçün əhəmiyyətli işlər həyata keçirən, sektorunda fərqli yanaşması və keyfiyyəti ilə rəğbət duyulan şirkət imicinə sahib olmaqdır.
Şəffaflıq, etibarlılıq və ədalətlilik – Biznes etikamız, iş mühitinə yanaşmamız, qərarlarımız, başda əməkdaşlarımız və müştərilərimiz olmaqla ətraf mühitə münasibətimiz şəffaflıq, etibarlılıq və ədalətlilik prinsiplərinə əsaslanır.
Məsuliyyətli olmaq – Biz inanırıq ki, məqsəd və missiyamıza uyğun olaraq gördüyümüz bütün işləri vaxtında və keyfiyyətlə icra etmək məsuliyyətli olmaq deməkdir. Bu bizim başlıca etik normamız və dəyərimizdir.
Komanda ruhu – İşlərimizin icrası, icrasıyla bərabər nəticəsi, məhsuldarlığı və xüsusilə pozitiv iş mühitinin yaradılması üçün komanda işi bizi birləşdirən ən vacib dəyərlərimizdən biridir.