Layihə haqqında

Oyu.edu.az

Odlar Yurdu Universiteti Azərbaycanın paytaxtı Bakıda yerləşən, kəşf, yaradıcılıq və innovasiya məkanıdır.

Odlar Yurdu Universiteti Azərbaycan Dövlət Ali Ekspert komissiyasının 10.11.1995-ci il tarixli müsbət rəyi əsasında və Nazirlər Kabinetinin 8 iyul 1996-cı il tarixli, 86 saylı qərarı ilə dövlət qeydiyyatından keçmiş yüksək səviyyəli təhsil imkanları və bacarıqlı müəllim heyəti ilə beynəlxalq səviyyədə fəaliyyət göstərən ali təhsil müəssisəsidir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Türkiyənin Yüksək Öğretim Kurumu (YÖK) və Almaniyanın H + qurumu tərəfindən akkreditasiya edilmiş Odlar Yurdu Universiteti YUNESKO nəzdində Dünya Universitetlər Assosiasiyasının (IAU) tam hüquqlu üzvüdür.
Odlar Yurdu Universitetində bakalavriat, magistratura və doktorantura təhsil səviyyələrində Avropa, Asiya və Afrikanın bir çox ölkələrindən gəlmiş tələbələr təhsil alırlar.
Odlar Yurdu Universiteti “Erasmus+” və “Mevlana” kimi beynəlxalq mübadilə proqramlarının üzvü olmaqla, tələbə və akademik heyətə Avropa qabaqcıl universitetlərində qısa müddətli təhsil və tədris imkanı verməklə yanaşı, akademik mübadiləyə şərait yaradır...

Layihələr

Bizə yazın. Probleminizi həll etməyə kömək edəcəyik

Təfərrüatlarınızı doldurun və bizə layihə haqqında bir az məlumat verin ki, görüşə daha yaxşı hazırlaşaq.
Maraqlanıram: