“Electra Event Hall” konsert zalında möhtəşəm 200 meqapiksellik kameraya sahib “HONOR 90” və sərfəli “HONOR 90 Lite” smartfonunun rəsmi təqdimatı üçün veb-sayt hazırlandı.
Veb-saytda qeydiyyat formu yerləşdirildi, qeydiyyatdan keçənlər arasından təsadüfi yolla 500 nəfər seçilərək 10 avqustda təşkil olunan musiqili tədbir üçün bilet qazandı. Qaliblərə e-mail vasitəsilə bildiriş və tədbir üçün bilet göndərildi. Bununla yanaşı qaliblər Mərdan Kazımov, Narmeen, Nadir Rüstəmli, Paster, Rio, Saybu Swag, RZZA, Wabe kimi ifaçıların canlı çıxışlarını dinləmək imkanı əldə ediblər.