Korporativ · 2026
MSM SMS Gateway
MSM Technologies üçün sıfırdan qurulmuş yeni nəsil SMS Gateway: Go mikroservisləri, operator SMPP bağlantıları, admin və müştəri portalları.

Layihə haqqında
- Müştəri
- MSM SMS Gateway
- Kateqoriya
- Korporativ
- İl
- 2026
- Keçid linki
- msm.az
MSM Technologies Azərbaycanda SMS Gateway və toplu SMS xidməti göstərir. Smartbee köhnə .NET şlüzünü əvəz edən yeni platformanı sıfırdan qurdu: Go mikroservisləri operatorların SMSC-lərinə SMPP ilə qoşulur, müştərilər üçün SMPP server, REST API (JWT, OpenAPI) və köhnə XML API ilə uyğunluq təqdim edir.
Platformada balans və billinq, çatdırılma hesabatları, MNP yoxlaması, webhook-lar, iki tərəfli SMS və avtomatik cavablar var. Bir admin panel bir neçə brendə xidmət edir; müştərilər öz portalında balans, mesaj tarixçəsi, göndərən adları, API açarları və onlayn ödənişi idarə edir.
Eyni platforma Softline və SendOra brendlərini də işlədir. Smartbee korporativ saytı və Kubernetes infrastrukturunu da hazırladı.

